Əgər Əsəd İran qüvvələrini müdafiə etsə... – İsrail hədələdi
29 Avqust 2018 18:03 DünyaƏgər İran İsrailə təhdid olsa, biz dərhal onun Suriyadakı fəaliyyətinə reaksiya verəcəyik.
Bunu jurnalistlərə açıqlamasında İsrailin Kəşfiyyat naziri İsrail Kats deyib.
"Bizim reaksiyamız dəqiq və birmənalı olacaq. Biz bütün gücümüzlə İsrailə Suriyada təhlükə yaradan İran hədəflərinə qarşı hərəkətə keçəcəyik. Əgər Bəşər Əsəd İran qüvvələrini müdafiə haqqında qərar versə, o, bunun nəticələrini dərhal görəcək", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31