YPG yalvarmağa başladı: Türkiyə qorxusu

"Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları ilə ağır zərbə alan PKK-nın Suriya qolu YPG bölgədəki mövcudluğunu qorumaq üçün ABŞ-ın Suriyadan çıxmamalı olduğunu bildirib.

Suriyadakı keçid dövründə rejimə qarşı təzyiq göstərmək üçün ABŞ-ın bölgədə qalmasının vacibliyini vurğulayan YPG liderləri buradakı ünsürlərini itirməmək naminə qruplaşmanın Vaşinqtonun zəmanəti altında qalmalı olduğunu qeyd edib.

"Amerikalıların mövcudluğunun davamı rejimi güzəştə getməyə və Suriya Demokratik Məclisi ilə ciddi bir müzakirəyə məcbur edəcək", - PYD rəsmisi Əhməd Əbdüssalam deyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31