Makkeyndən Putin və Trampa “son şillə”
29 Avqust 2018 16:26 DünyaMərhum amerikalı senator Con Makkeynin tabutunu daşıyanlardan biri də rusiyalı jurnalist Vladimir Kara-Murza olacaq.
"Politiko" Kara-Murzanın Makkeynin tabutunu daşıyanlar arasında olmasının mərhumun vəsiyyətində yer aldığını yazıb.
"Ölümündən sonra belə Con Makkeyn özünün iki ən böyük düşməni olan Vladimir Putin və Donald Trampa son şilləsini hazırlayıb. Bu şillə dünya əhalisinin böyük hissəsinin onun dəfninə baxdığı zaman vurulacaq", - məqalədə bildirilib.
"Politiko"nun iddiasına görə, Makkeynin dəfnində keçmiş vitse-prezident Co Bayden, eks-senator Ras Faynqold, keçmiş müdafiə naziri Uilyam Koen də iştirak edəcək.
Qeyd edək ki, Kara-Murza Rusiya hakimiyyətinə qarşı kəskin mövqeyi ilə seçilir. O, Makkeynlə yaxın dost olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31