Arılar avtomobildə nəhəng yuva qurdu
29 Avqust 2018 16:02 DünyaABŞ-ın Ohayo ştatının Allayans şəhərində "Şevrole" markalı köhnə avtomobildə arı yuvası aşkar edilib.
Bununla bağlı "Fox 8" məlumat yayıb.
Həşəratlardan qurtulmaq üçün avtomobil sahibi dezinfeksiya idarəsinə müraciət edib. Mütəxəssis bu nəhəng yuvanı lentə alıb və "Facebook" hesabında paylaşıb.
Avtomobilə yaxınlaşmazdan əvvəl isə mütəxəssis üçqatlı qoruyucu kostyum geyinib və xüsusi əlcəklər taxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31