Əfsanəvi müğənninin vəsiyyəti yerinə yetirildi — Qırmızı ayaqqabı ilə dəfn edildi
29 Avqust 2018 15:08 DünyaBir müddət mübarizə apardığı xəstəliyə məğlub olaraq vəfat edən Areta Franklinin vəsiyyəti yerinə yetirilib.
Areta qırmızı ayaqqabı, qırmızı dodaq boyası və gözəl paltarla dəfn edilib.
76 yaşlı əfsanəvi müğənninin nəşi muzeydən ağzı açıq tabutla götürülüb. Tabut yüzlərlə qızıl gül ilə bəzidilib.
Aretanın tabutu muzeyə "LaSalle" maşını ilə gətirilib. Sonra isə ailəsi və sevənlərinin vidalaşması üçün muzeyə qoyulub.
Müğənninin vəsiyyətinə uyğun olaraq meyitinə gözəl qırmızı paltar geyindirilib, dodaqlarına qırmızı dodaq boyası vurulub və qırmızı dikdaban ayaqqabı geyindirilib.


Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31