NATO-dan Moskvanın müharibə hazırlığına CAVAB

Rusiyanın "Şərq-2018" hərbi təlimi genişmiqyaslı konfliktdə iştirak üçün hazırlıqdır.

Bunu jurnalistlərə açıqlamasında NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt deyib. Onun sözlərinə görə, bu təlim ortaya daha iddialı Rusiyanın çıxdığını göstərir:

"Rusiya müdafiə büdcəsini, zərbə potensialını və Baltik, Qara və Aralıq dənizlərində hərbi mövcudluğunu artırır. Rusiya əvvəlcədən NATO-nu "Şərq-2018" təlimini keçirəcəyi ilə bağlı məlumatlandırıb və buraya NATO müşahidəçilərini dəvət edib. Müttəfiqlər hələlik bu təklifi nəzərdən keçirirlər".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31