İsraildən gecə əməliyyatı: 27 fələstinli tutuldu

İsrail əsgərləri İordan çayının qərb sahilində 27 fələstinlini həbs ediblər.

Bu barədə İsrail ordusu açıqlama yayıb.

Məlumata görə, gecə əməliyyatı zamanı həbs olunan şəxslər terror hadisələrində iştirakda ittiham olunub.

Qeyd edək ki, İsrail həbsxanalarında təxminən 6 minə yaxın fələstinlinin olduğu bildirilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31