Yunanıstanda yanan bərədən min nəfərdən çox insan təxliyə olunub
29 Avqust 2018 13:14 DünyaYunanıstanda göyərtəsində mindən çox insanın olduğu "Eleftherios Venizelos" bərəsində yanğın baş verib.
İndiyə qədər 875 sərnişin və 141 ekipaj üzvü yanan bərədən təxliyə olunub. İnsident nəticəsində heç kim xəsarət almasa da, bəzi sərnişinlər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Təxliyə əməliyyatına sahil mühafizə xidmətinin 9 qayığı, 3 sərnişin gəmisi və yedək katerləri cəlb olunub.
Qeyd edək ki, bərə Krit adasının şimalinda yerləşən Hanya şəhəri istiqamətində üzürdü. Onun göyərtəsində olan bütün sərnişinlər Pirey şəhərinin limanına çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31