Rusiyanın Cənubi Osetiyadakı bazasının hərbçilərinin təliminə start verilib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib.
Onun sözlərinə görə, təlimdə 1500 hərbçi və 400 hərbi texnika iştirak edəcək. Astafyev təlimin bu həftənin sonuna qədər davam edəcəyini bildirib.
axar.az