Ermənistandan Rusiyaya zərbə — Ət idxalı qadağan edildi
29 Avqust 2018 12:26 DünyaErmənistana Rusiyadan idxal edilən ət məhsullarına qadağa qoyulub.
28 avqust tarixindən Rusiyanın bir sıra regionlarından idxal edilən donuz əti, quş əti və yumurtaya müvəqqəti məhdudiyyət qoyulub.
Ermənistaın rəsmi qurumundan verilən xəbərə görə, məhdudiyyətin səbəbi Afrika vəbası və quş qripi təhlükəsidir. Məhdudiyyət təkcə çiy məhsullara yox, eyni zamanda ərzaq məhsullarına da aid edilib. Bu sıraya kolbasa, sosis və dondurulmuş yarımfabrikat qidalar da daxildir.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31