İranda onlarla casus həbs edilib
29 Avqust 2018 12:48 Dünyaİran xüsusi xidmət əməkdaşları onlarla casusu həbs edib.
Bununla bağlı İranın informasiya naziri Mahmud Ələvi məlumat verib.
"Dəfələrlə ikili vətəndaşlığı olan şəxslər barədə məlumat vermişəm. Əkskəşfiyyat uğurlu alındı və onlarla casusu həbs etdik", - o bildirib.
Ələvi onların hansı dövrdə həbs edildiyini açıqlamayıb. O əlavə edib ki, xüsusi xidmət orqanları ötən il ərzində terrorçulara məxsus 230 hücrəni məhv edib, bu ay isə metro və universitetlər kimi yerlərdə məkrli əməllər törətməyə çalışan şəxslər yaxalanıb.
Bundan başqa, nazir deyib ki, təxminən 32 terror qruplaşması İranı Suriyaya çevirməyə çalışıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31