İstənilən pəncərəni videokameraya çevirəcək texnologiya hazırlayıblar
29 Avqust 2018 13:00 DünyaABŞ-ın Yuta Universitetində çalışan dosent Raceş Menonun komandası adi şüşədən keçən işığın passiv ələ keçirilməsi texnologiyasını işləyib.
Bunun üçün şüşədə səpələnmiş vəziyyətdə olan işığı ilkin təsvirə çevirəcək xüsusi alqoritm hazırlanıb. Nəticədə istənilən pəncərəni videokameraya çevirmək üçün sadə aksesuar dəstini kompüter və ya başqa hesablama qurğusuna qoşmaq kifayətdir.
Mütəxəssislər bildiriblər ki, istənilən pəncərənin arxasında maraqlı hadisələr baş verir, amma bunu qeydə almaq üçün pəncərənin qarşısında videokamera quraşdırmaq lazımdır. Yeni texnologiya bu məhdudiyyəti qismən aradan qaldırmağa imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31