Putin Brejnevin rekordunu qırır: Rusiya tarixinin ən böyük…

Rusiya öz tarixinin ən böyük hərbi təlimlərini açıqlayıb.

"Vostok-2018" adlandırılan təlim miqyasında görə SSRİ-də Leonid Brejnev dönəmində baş tutmuş təlimlərdən daha böyükdür.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təlimlərdə 300 min hərbçinin, 36 min hərbi texnikanın iştirak edəcəyini açıqlayıb.

Nazir bildirilib ki, "Vostok-2018" təlimləri bu ilin 11-15 sentyabr tarixlərində keçiriləcək.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31