Türk pilotdan F-35 qırıcısı ilə ilk uçuş

Türkiyəli pilot F-35 qırıcısı ilə ilk uçuşunu həyata keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:

"Türkiyə pilotlarının ABŞ-da davam edən təlimləri çərçivəsində pilotumuz tərəfindən ilk F-35 uçuşu 2018-ci ilin avqustun 28-də gerçəkləşdirilib".

Xatırladaq ki, Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini idxalı barədə qərarından sonra ABŞ-la beşinci nəsil F-35 qırıcı təyyarələri məsələsində gərginlik yaşanır.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31