TRT-nin 38 illik ənənəsinə son qoyuldu

Türkiyə Radio və Televiziya Qurumu (RTÜK) hər bazar səhəri "TRT1" ekranında kovboy filmi yayımlamaq ənənəsinə son verib.

1980-ci illərdən yayımlanan Amerika istehsalı olan filmləri bundan sonra türk filmləri əvəzləyəcək. 

Qeyd edək ki, TRT-də sonuncu dəfə avqustun 19-da 1971-ci il istehsalı olan "Kin tələsi" nümayiş olunub. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31