İraqda partlayış olub, 21 nəfər ölüb

İraqın qərbində Anbar əyalətində partlayış olub. Partlayışda azı 21 nəfər ölüb.

Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Terror Əl-Qaim şəhərində, Suriya sərhədi yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib. 

Partlayıcı yüklənən avtomobil İraq hərbçilərinin yaxınlığında işə düşüb. 

Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31