"Sərkisyan bunu etməklə səhvə yol verdi" – Köçəryan

Serj Sərkisyan konstitusiya reformları keçirməklə səhvə yol verdi.

Bunu NTV televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

"Mən Ermənistandakı hadisələri analiz etmişəm. Düşünürəm ki, Sərkisyan konstitusiya reformları keçirməli deyildi. Mən zamanında bu dəyişiklikləri tənqid etmişdim. Sərkisyan hakimiyyətini uzatmaq üçün baş nazir kreslosuna əyləşməməli idi" - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31