Suriya dəniz və havadan vurulacaq – Rusiya
29 Avqust 2018 11:30 DünyaKimyəvi silahdan istifadə provokasiyası sayəsində Qərb ölkələri Suriya ərazisinə havadan və sudan zərbə endirəcəklər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin müavini Aleksey Kondratyev deyib.
"Amerika tərəfi Aralıq dənizində, Suriya sahillərinə yaxın ərazilərdə özünün dəniz qruplaşmalarının sayını artırır. ABŞ regiona Suriya ərazisinə zərbə endirilməsi üçün öz hərbi dəniz qüvvələrini cəlb edir" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31