Jirinovski Makkeyn haqda: "O, Stalin və Leninlə birlikdə..."
29 Avqust 2018 11:26 DünyaCon Makkeyn Rusiyanın 1 nömrəli düşməni idi və onun ölümünə təəssüflənmək lazım deyil.
Bu barədə bəyanatı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yayıb.
"Rusiyanın 1 nömrəli düşməni bizi təhqir edir, alçaldırdı. O, bizim prezidentə Qəzzafidən dərs götürməyi məsləhət görürdü. Makkeyn bütün insanlığın düşməni idi. Biz heç bir insanın ölümünə sevinmirik, amma Bjezinski, Makkeyn və qoca Kissincer ölkəmizin düşmənləridir. Bu siyahıya Marks, Engels, Lenin, Stalin, Züqanov və Soros da daxildir.
Makkeyn düşmən idi, ölkəmizin məhvini arzu edirdi. Buna görə də onun ölümünə təəssüflənə bilmərik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31