Tramp xarici dövlətlərə yardımın ixtisar edilməsi planından imtina edib

ABŞ prezidenti Donald Tramp xarici dövlətlərə yardım edilməsinin ixtisar olunması planından imtina edib.

Bu barədə ABŞ mətbuatı ölkə prezidenti administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, buna səbəb Konqresin mövqeyi olub. Məhz Konqresdə maliyyələşmənin ixtisar ediməsi ilə razılaşmayıblar.

"Reuters" xəbər verib ki, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə agentliyi yardımın 3,5 milyard dollar ixtisar edilməsini nəzərdən keçirib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31