Braziliya Venesuela ilə sərhədə qoşun göndərib
29 Avqust 2018 11:17 DünyaBraziliya prezidenti Mişel Temep ölkənin silahlı qüvvələrinin bir qrup hərbçisini Venesuela ilə sərhədə göndərib.
Bildirilir ki, bu, Venesueladan olan miqrantların sayının artması ilə bağlıdır. Temer bildirib ki, bu tədbir braziliyalıların və miqrantların özlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir.
Məlumata görə, ölkənin şimalındakı Rorayma ştatına 120 hərbçi göndərilib. Onlar miqrant axını ilə bağlı insidentlərin qarşısını almalıdırlar.
Braziliya bələdiyyəsinin bir qrup sakini daha əvvəl venesuelalı miqrantların yaşadıqları, BMT-nin iştirakı ilə qurulmuş çadırları dağıdıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31