Londonda 400-ə yaxın karnaval iştirakçısı saxlanılıb
29 Avqust 2018 11:15 DünyaBritaniyanın paytaxtı Londonun Nottinq-Hill rayonunda hər il keçirilən afrokarib festivalı bu dəfə küçə davaları ilə nəticələnib.
Bu barədə BBC məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşıdurmalar nəticəsində 1 yerli sakin və 30-a yaxın polis əməkdaşı saxlanılıb. Qarşıdurmalarla əlaqədar polis bölməsinə 370-dən çox adam gətirilib. Onların üstündə narkotik və silah aşkarlanıb.
Saxlanılanların 156-da qadağan olunmuş əşyalar aşkarlanıb. 69 nəfər karnavala elektroşokla, bıçaqla, dəyənəklə gəlib. Daha 9 nəfər təcavüzdə şübhəli bilinir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31