Ermənistanın Kassasiya Məhkəməsinin sabiq sədrinin evinə silahlı basqın olub
29 Avqust 2018 11:07 DünyaErmənistanın Kassasiya Məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın evinə silahlı basqın olub.
Bunu ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan bildirib.
Onun sözlərinə görə, Kotayksk vilayətinin Dzorahbyur kəndində yerləşən evə avtomatla silahlanmış üç nəfər maskalı şəxs hücum edərək atəş açıblar. Həmin vaxt A.Mkrtumyanın özü və ailə üzvləri evdə olub. İnsident nəticəsində xəsarət alanlar var.
Hücum edənlərdən biri zərərsizləşdirilərək tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, A.Mkrtumyan 2008-2018-ci illərdə Ermənistan Kassasiya Məhkəməsinin sədri olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31