MDB liderləri Aşqabada toplanır
28 Avqust 2018 17:27 DünyaMDB dövlət başçılarının 2019-cu ildə görüşü Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Bunu jurnalistlərə açıqlamasında MDB-nin icraçı katibi Sergey Lebedev deyib. Onun sözlərinə görə, iclas 2019-cu ilin oktyabrında baş tutacaq.
O, MDB-yə sədrliyin Türkmənistana Tacikistandan keçəcəyini bildirib. Lebedev həmçinin MDB hökumət başçılarının iclasının da mayda Aşqabadda baş tutacağını deyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31