“YouTube” izlənmiş videolara sərf edilmiş vaxtı göstərməyə başlayıb

Axtarış nəhəngi real həyat və internet arasında balansı qoruyub saxlamaq məqsədilə "YouTube" video hostinqində keçirilən vaxtı göstərməyə başlayıb. İndi izlənmiş videolara sərf edilən vaxtı öyrənmək mümkündür.

"YouTube"da istifadəçinin hesab menyusuna əlavə edilmiş bölmədə izlənmiş videolara sərf olunan vaxt göstərilir.

Statistika bölməsi "YouTube" video hostinqində bu gün, dünən və son 7 gün ərzində izlənmiş videolara sərf edilmiş vaxtı göstərir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31