"Toyoto"- dan 500 milyon dollarlıq sərmayə
28 Avqust 2018 16:58 DünyaYapon avtomobil istehsalçısı "Toyota" "Uber" texnologiya platformasına 500 milyon dollarlıq sərmayə yatıracaq.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, "Toyota" şirkəti tərəfindən verilən açıqlamada, sürücüsüz avtomobillərin yaradılması və nəqliyyat sektorunda daha çox yer alması məqsədilə "Uber" ilə əməkdaşlığı artırmağa qərar verdikləri bildirilib.
Qeyd edək ki, layihə 2021-ci ildə həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31