“Ölkəni acınacaqlı vəziyyətə saldıq” - Sərkisyanın partiyasından şok etiraf

Ermənistanı acınacaqlı vəziyyətə biz salmışıq.

Bunu Ermənistanın hakim Respublika Partiyasının deputatı Alen Simonyan deyib.

O, ölkənin ağırlaşmış problemlərini Baş nazir Nikol Paşinyanın həll etmək imkanlarının məhdud olduğunu bildirib:

"Acınacaqlı vəziyyətdə olan ölkəyə yeni hakimiyyət rəhbərlik edir. Bu mərhələdə hökumət Respublika Partiyasının atdığı addımları təkrarlamağa məcburdur. Bu baxımdan, yeni hakimiyyətin siyasəti dəyişməyib.

Mən yalnız onu deyə bilərəm ki, ölkəni belə acınacaqlı vəziyyətə biz gətirmişik. Siz də bizim atdığımız addımları təkrarlamağa məcbur olursunuz".

Qeyd edək ki, Respublika Partiyasının sədri keçmiş prezident Serj Sərkisyandır.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31