“Telegram” şəxsi məlumatları ötürməyə razılaşdı
28 Avqust 2018 16:32 Dünya"Telegram" messenceri təhlükəsizliklə bağlı yeni qərar qəbul edib.
Bundan sonra proqram istifadəçinin şəxsi məlumatlarını xüsusi xidmət orqanlarına ötürəcək. Bu barədə tətbiqin məxfilik siyasəti haqqında sənədlərində qeyd edilib. Bildirilir ki, terrorçuluqda şübhəli bilinən şəxsin kimliyini müəyyən etmək üçün xüsusi xidmət orqanları məhkəmə qərarı təqdim etdikdən sonra proqram həmin şəxsin İP ünvanı və telefon nömrəsini təqdim edəcək.
Qeyd olunur ki, hələlik belə hal yaşanmayıb. Bundan əlavə, "Telegram" bu cür yenilikləri hər yarım ildən bir öz hesabatında dərc edəcək.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31