Ermənistanın XİN başçısı sentyabrda Cenevrəyə gedəcək
28 Avqust 2018 16:10 DünyaErmənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabrda Cenevrəyə (İsveçrə) gedəcək.
Bu barədə keçirdiyi brifinqdə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan məlumat verib.
"Zöhrab Mnatsakanyan İnsan Hüquqları Şurasının 39-cu iclasında iştirak etmək üçün sentyabrda Cenevrəyə səfər edəcək", - A.Naqdalyan bildirib.
Qeyd edək ki, İnsan Hüquqları Şurasının 39-cu sessiyası sentyabrın 10-28-də Cenevrədə keçiriləcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31