Yunanıstan sahillərində qəzaya uğramış yadplanetli gəmi tapıldı
28 Avqust 2018 15:27 Dünya"The Hidden Underbelly 2.0" paranormal "Youtube" kanalı yeni kəşfə imza atıb.
"Google Earth" xəritəsində müəmmalı obyekt tapılıb. Obyekt Egey dənizində, Yunanıstan sahillərindən bir az aralı, Saloniki kurort şəhərindədir.
Obyektin diametri 67 metrdir. Ehtimal edilir ki, bu, qəzaya uğramış UNO-dur. Obyekt ilk dəfə xəritədə 2016-cı ilin 12 avqust tarixində peyda olub. Bu tarixə qədər isə sadəcə su görünürdü və dairəvi heç bir obyekt olmayıb.
2017-ci ilin fotolarında isə obyekt daha yaxşı görünür. Bu obyektin dəqiq olaraq qədim şəhərin qalıqları olmadığı bilinir.
Obyektin UFO olub-olmadığını isə sualtı tədqiqatlar müəyyən edəcək.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31