Çində alüminium zavodunda partlayış: ölənlər var

Çində alüminium zavodunda partlayış baş verib.

Hadisə Szyansu vilayətinin Usi şəhərində qeydə alınıb.

Partlayış nəticəsində sexlərdən biri tamamilə dağılıb, 5 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı binaların şüşələri sınıb.

İnsidentin səbəbləri araşdırılır. Ərazidə axtarış-xilasetmə işləri aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31