İtaliyada dağılan körpü yenidən bərpa olunacaq
28 Avqust 2018 14:48 Dünyaİtaliyanın Genuya şəhərində dağılaraq 43 nəfərin ölümünə səbəb olan avtomobil körpüsü yenidən qurulacaq.
İtaliyada pullu yolları idarə edən və sazlığına cavabdeh olan "Autostrade per lchr("39")Italia" şirkəti avqustun 14-də Genuya şəhərində dağılan körpünün bərpası üçün pul ayıracaq. Körpünün bərpası isə başqa şirkətə həvalə olunub.
İtaliya İnfrastruktur və Nəqliyyat naziri Danielo Toninellinin sözlərinə görə, "Morandi" körpüsünün bərpa işlərinə ən böyük özəl gəmiqayırma zavodu "Fincantieri" baxacaq.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31