İsrail yeni raket istehsalına başlayır – Dəqiqədə 18 mərmi

İsrailin Müdafiə naziri Aviqdor Liberman müasir texnologiya ilə gücləndirilmiş yeni raket sisteminin istehsal ediləcəyini açıqlayıb.

Nazir bununla bağlı müqaviləninin imzalandığını da bildirib.

Liberman anlaşmanın yüz milyonlarla dollar dəyərində olduğunu deyib: "İsrail ordusunu daha güclü və daha mürəkkəb vəziyyətə gətiririk".

İsraildə nəşr olunan "Yediot Axronot" qəzeti mürəkkəb raketlərin 30-150 km mənzilli olduğunu yazır.

Yeni sistem dəqiqədə 18 mərmi atmaq gücündə olacaq. Bu, "ACCULAR" raket sisteminin inkişaf etdirilmiş versiyasıdır.

Qeyd edək ki, Aviqdor Liberman bundan əvvəl İsrailin yaxın gələcəkdə 300 km mənzilli raket sistemləri istehsal edəcəyini də açıqlamışdı.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31