Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana buğda tədarükünü məhdudlaşdırır

Sentyabrın 1-dən Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana quru yolla buğda tədarükünü qadağan edəcək.

Məhsulun daşınması yalnız Poti limanından mümkün olacaq.

Yük daşımaları şirkətləri artıq mümkün riskləri ifadə edir və problemin operativ həllini gözləmirlər.

KİV-in məlumatına görə, Rusiyadan Ermənistana buğda idxalı hava şəraitindən asılı olaraq, yalnız dəniz vasitəsilə mümkün olacaq. Bu da öz növbəsində, inflyasiyaya gətirib çıxaracaq: buğdanın bir tonunun qiyməti 50 dollara qədər artacaq. Nəticədə, kütləvi informasiya vasitələrinin qeyd etdiyi kimi, bir çox kiçik sahibkarlar işsiz qalacaqlar.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31