Hollandiyada kilsələr satışa çıxarılır — İnanclı insanlar azalır

Hollandiyada son 50 il ərzində kilsəyə gedənlərin sayı sürətlə azalıb.

Bu səbəbdən boş qalan və satışa çıxarılan kilsələrin də sayı artır. Növbəti 10 ildə də başqa bir kilsənin boşalması gözlənilir. "Sint-Clemens" kilsəsinin rahibi Anton van Diessen "Məyusam, kilsəmiz satışa çıxarılıb. Artıq insanlar Allaha inanmırlar" deyib.

Bir çox kilsə isə restoran, bar, ev, iş mərkəzi və ya bağlı oyun sahəsinə çevrilib. Bəzilərini isə sökürlər.
Hollandiyadakı kilsə binalarının gələcəyi mövzusunda diplom işi hazırlayan tədqiqatçı Herman Vesselnikin fikrinə görə, 2030-cu ilə qədər 1000-ə yaxın kilsə də boşalacaq.

Hermanın fikrinə görə, Hollandiya xalqı son 50 ildə kilsədən uzaqlaşmağa başlayıb. İnanclı insanlar isə artıq yaşlanıb və yaxın gələcəkdə dünyalarını dəyişəcəkləri üçün demək olar ki, inanclı insan çox az qalacaq.

1968-ci ildə 2 milyon 700 min katolik hər həftə kilsəyə gedirdi. 2016-cı ildə bu rəqəm 173 minə düşüb. 2030-cu ildə isə bu rəqəmin 63 min olacağı ehtimal edilir.

1896-cı ildə inşa edilən və 70 metr hündürlükdə qülləsi olan "Sint-Clemens" kilsəsi 250 min avroya satışa çıxarılıb. Daşınmaz əmlak biznesi ilə məşğul olan Marten van der Mejide bildirib ki, Amsterdam, Rotterdam və Lahey şəhərlərində kilsə binası 1.5-2 milyon avroya satılır.

Kiçik qəsəbələrdə isə 100 min avrodan da ucuz qiymətə kilsə almaq mümkündür.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31