Misirdə Kleopatra dövrünə aid kasıbların qəbirləri tapıldı
28 Avqust 2018 13:34 DünyaMisir alimləri qədim İskəndəriyyə şəhərinin qərb hissəsində arxeoloji qazıntılar zamanı yeni qəbirlər tapıblar.
Arxeoloqlar qayalara çağılmış naməlum daş sərdabələri tapıblar. İlk fotolar "Luxor Times" jurnalında dərc edilib.
Bu qəbirlər çox uzun illər qədim misirlilər tərəfindən istifadə edilib. Ehtimal edilir ki, qəbirlərin böyük əksəriyyəti kasıblara məxsusdur. Sərdabələr yenidən açılıb, divarları genişləndirilib. Bu isə qəbirləri İskəndəriyyənin bir neçə nəsil insanları tərəfindən istifadə edildiyini ortaya çıxarır.
Ayman Aşvami və onun komandası qazıntılar zamanı qədim qəbirstanlıq kəşf ediblər. Buraya arxeoloqları şəhərin qərbində yeni dəmir yolu xətti inşa edənlər gətirib.
Alimlər ərazidə Kleopatra və Ptolemey dövründə inşa edilən bir neçə arxitektura kompleksi tapıblar. Binlardan hər biri bir neçə sərdabədən ibarət kompleksdir. Qəbirlər qayaya çapılıb və inşa edilib.
Daxildə arxeoloqlar bir neçə yüz artefakt, gil qablar və müxtəlif əşyalar tapıblar.

Ölkə.Az