Ukrayna MDB-nin bütün qanunverici orqanlarında nümayəndəliyini bağlayıb

Bu ilin avqustunda Ukraynanın MDB-nin nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb.

Bu barədə jurnalistlərə qurumun İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev məlumat verib.

"Təəssüflə qeyd edirik ki, avqust ayında Ukraynanın Birliyin bütün nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb. Amma Ukraynayla əlaqə hələ də saxlanılır. Onu Minskdə Ukraynanın Belarusdakı səfirliyi vasitəsi ilə həyata keçiririk", - S.Lebedev deyib.

O həmçinin qeyd edib ki, İcraiyyə Komitəsi ilə əlaqə üçün səfirliyə xüsusi işçi təyin olunub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31