Aleksey Navalnı həbs edildi
28 Avqust 2018 13:21 DünyaRusiya müxalifətinin lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı həbs edilib.
O, məhkəmə zalında azadlığından məhrum edilib.
Aleksey Navalnı bu il yanvarın 28-də Moskvada icazəsiz mitinq keçirməkdə ittiham edilib və 30 gün həbs cəzasına məhkum olunub.
Bu, müxalif siyasətçinin il ərzində ikinci həbs cəzasıdır. Navalnı may ayında polisə müqavimət və hakimiyyətə qarşı icazəsiz mitinq keçirməkdə ittiham edilərək həbs olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31