"ABŞ İrana qarşı 3-cü hücuma başladı" - Rzai

ABŞ-ın yeni sanksiyaları son 40 ildə Vaşinqtonun İrana qarşı təşkil etdiyi 3-cü hücum dalğasıdır.

Bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rzai deyib.

"ABŞ 3-cü dəfədir İranla iqtisadi mübarizəyə girmək istəyir. Təzyiqləri artırmaq istəyən amerikalılar bu yolla İranı zəiflədib, məğlub edəcəklərini düşünürlər", - deyə o bildirib.

O, ABŞ-ın zamanında Səddam rejiminə dəstəklə yol verdiyi xətanın eynisini bu gün təkrarladığını deyib.

Rzai ABŞ-ın İrana qarşı başlatdığı yeni iqtisadi savaşda məğlub olacağını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31