ABŞ-da qorxulu anlar: 3 mindən çox insan təxliyyə olundu
28 Avqust 2018 12:28 DünyaABŞ-ın Nyu York şəhərinin Liberti adasında propan balonlarının yanması səbəbindən 3,4 min nəfərə yaxın şəxs təxliyyə olunub.
Yanğın xidmətinin məlumatına görə, yanğın inşaat işçilərinin səhvindən ola bilər. İşçilərdən birinin xəsarət aldığı bildirilir.
Hazırda yanğın söndürülüb və turistlər yenidən Nyu Yorkun həmin adada yerləşən əsas görməli yerini ziyarət edə bilərlər.
Yanğısöndürənlərin sözlərinə görə, vəziyyət çox təhlükəli olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31