Almaniyada etiraz aksiyalarında 6 nəfər xəsarət alıb
28 Avqust 2018 12:55 DünyaAlmaniyanın Xemnits şəhərində keçirilən etiraz aksiyalarında altı nəfər xəsarət alıb.
Polis həmin şəxslərin əks mövqedə olan etirazçı qruplardan olduğunu və bir-birinə əşyalar atması nəticəsində yaralandıqlarını bildirib.
Polisin məlumatına görə, dünən şəhərin mərkəzindəki etirazlarda təxminən 3 min adam, o cümlədən təxminən 2 min millətçi iştirak edib. Onların rəqibləri olan solçular isə aksiyaya minə yaxın tərəfdar toplayıb.
Xatırladaq ki, Almaniyanın şərqində yerləşən Xemnits şəhərində avqustun 26-na keçən gecə dava düşüb və nəticədə 35 yaşlı almaniyalı öldürülüb. Rəsmi təsdiqlənməmiş məlumata görə, davada miqrantlar iştirak edib. 35 yaşlı Almaniya vətəndaşının qətlində 23 yaşlı Suriyalı vətəndaşı və 22 yaşlı İraq vətəndaş şübhəli bilinir.
report