Pompeonun KXDR səfərinin təxirə salınma səbəbi məlum olub
28 Avqust 2018 11:39 DünyaABŞ prezidenti Donald Tramp Şimali Koreya Əmək Partiyasının Vahid cəbhə şöbəsinin rəisi Kim Yon Çxol tərəfindən ona yazılan məktubdan sonra dövlət katibi Maykl Pompeonun KXDR-ə səfərini təxirə salmaq qərarına gəlib.
Bunu bazar ertəsi ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən "The Washington Post" qəzeti yazıb.
Məlumata görə, Pompeonun Trampa təqdim etdiyi məktub "aqressiv tərzdə" yazılıb. Məktubun məzmunu açıqlanmır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31