ABŞ-ın raket esminesi Qara dənizi tərk edib

Amerikanın "Carney" raket esminesi Qara dəniz hövzəsini tərk edib.

Bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.

"Carney" müttəfiq və tərəfdaşlarla qarşılıqlı fəaliyyət və təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatdan sonra avqustun 27-də Qara dənizdən çıxıb", - deyə idarədən bildirilib.

Gəmi Qara dənizə avqustun 13-də daxil olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31