Donald Tramp FIFA prezidenti ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp bu gün FIFA-nın rəhbəri Canni İnfantino ilə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bağlı qapılar arxasında keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmır.

Qeyd edək ki, Donald Tramp 2026-cı il dünya çempionatının ABŞ, Kanada və Meksikada keçirilməsi üzrə təbliğat kampaniyasında iştirak edib. FIFA mundialı bu ölkələrin birgə təşkil etməsinə dair qərarı iyunun 13-də qəbul edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31