Tacikistan rəhbərliyi Əfqanıstana aviazərbələr endirilməsi ilə bağlı yayılan məlumatı təkzib edib
27 Avqust 2018 15:37 DünyaRəsmi Düşənbə Tacikistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən gecə Əfqanıstanın Taxar vilayətinin Darkad rayonuna hava zərbələri endirməsi ilə bağlı KİV-də yayılmış məlumatı təkzib edib.
"Başqa dövlətin ərazisinə hava zərbələri endirmək hüququmuz yoxdur. Buna ehtiyac yaranırsa, əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qərargahı toplanır və güc tətbiqi məsələsi müzakirə olunur. Və yalnız hərbi qurumların uzun-uzadı məsləhətləşmələrindən sonra belə qərar qəbul edilə bilər", - Tacikistan Milli Təhlükəsizlik Komitəsindəki mənbə deyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31