Yeni Zelandiyada nəhəng ölü kalmar tapılıb
27 Avqust 2018 14:20 DünyaYeni Zelandiyada uzunluğu dörd metrdən çox olan ölü kalmar tapılıb.
Kalmarı Daniel, Cek və Metyu qardaşları sahildə velosiped sürərkən görüblər. Onlar bu barədə Su və Atmosfer Milli İnstitutuna məlumat veriblər. İnstitutun laboratoriyasında aparılan tədqiqatlar zamanı məlum olub ki, bu, dərin sularda üzən nəhəng kalmardır.
Velosipedçi qardaşlar kalmarın fotosunu "Facebook"da "OCEAN HUNTER Spearfishing & Freediving Specialists" səhifəsində paylaşdıqdan sonra insanlar rəy yazaraq Yeni Zelandiya sahillərində belə varlıqların tez-tez tapıldığını bildirib və bu sularda üzməyin təhlükəli olduğunu vurğulayıblar.
Azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31