İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
27 Avqust 2018 11:30 Dünyaİran və Suriyanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalayıblar.
Sənədə İranın müdafiə naziri Əmir Hatəmi və suriyalı həmkarı Əli Abdalla Əyub imza atıblar.
"Bu razılaşma ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır", - deyə Ə.Hatəmi danışıqlardan sonra bildirib.
Ə.A.Əyub isə qeyd edib ki, Suriyada hərbi mərhələ başa çatıb və ölkənin bərpası dövrü başlayır. "Hərbi-texniki əməkdaşlıq üzrə sazişin imzalanması Tehranla Dəməşq arasında əməkdaşlığın inkişafını göstərir", - o, əlavə edib.
Qeyd edək ki, İranın müdafiə naziri Əmir Hatəmi avqustun 26-da Suriyaya ikigünlük səfər edib. O, bir neçə suriyalı nazirlə, eləcə də ölkə prezidenti Bəşşar Əsədlə görüşüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31