Hindistanda bina dağılıb: ölən və yaralananlar var
27 Avqust 2018 12:14 DünyaHindistanın qərbində, Əhmədabad şəhərində yaşayış binasının dağılması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Hadisə ötən gün baş verib. Dörd mərtəbəli binanın dağılmasına səbəb ötən həftədən başlayaraq yağan leysan yağışlardır. Güclü yağışlar hələ də davam edir.
12 saatlıq xilasetmə əməliyyatı zamanı dağıntılar altından bir meyit tapılıb, 4 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xilasedicilərin verdiyi məlumata görə, xoşbəxtlikdən hadisə vaxtı bina sakinlərinin əksəriyyəti həftəsonu istirahət üçün şəhər kənarına yollanıb. Bu səbəbdən xəsarət alanların sayı azdır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31