Rusiya Türkiyə ilə viza rejimini sadələşdirəcək
24 Avqust 2018 16:50 DünyaRusiya və Türkiyə viza rejiminin sadələşdirilməsi mexanizmi yaradacaqlar.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında danışıb:
"Türkiyənin fərqli kateqoriyada vətəndaşlarının səyahət rejimi əsasında vizaların qarşılıqlı şəkildə sadələşdirilməsi bağlı danışıqlara Rusiya tərəfi olaraq hazır olduğumuzu bildirdik və yaxın zamanlarda bununla məşğul olacağıq. Bu mövzuda razılaşmaların hazırlanması üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılaşdıq".
Lavrovun sözlərinə görə, tətilin baş çatmasından sonra bu məsələ üzrə ekspertlər lazımi addımları atacaqlar. Diplomat bu məsələnin yaxın zamanlarda irəliləyəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Rusiya 2015-ci ilin noyabrda Suriya səmasında S-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra Türkiyə vətəndaşlarına viza tətbiq etmişdi.