Ermənistanda yeni hökumətdən gözlənilməz addım: məmur və hərbçilərin maaşı azaldıldı
24 Avqust 2018 12:00 DünyaErmənistan hökuməti dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı yaranan problemi işçiləri ixtisar etməklə deyil, dövlət qulluqçularının əməkhaqqını azaltmaqla həll etmək qərarına gəlib.
"İravnuk" qəzeti dövlət məmurlarının əməkhaqqlarındakı azalmanın 40 faizə çata biləcəyini yazıb.
Nəşrin məlumatına görə, Ermənistan ordusunun zabitlərinin maaşları da dövlət qulluqçularının əmək haqqı səviyyəsinə endirilib.
Bu tədbirlər ölkənin yeni hökumətinin üzləşdiyi maliyyə problemləri ilə bağlıdır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31